Əhmədinejad Ruhanini istefa verməyə çağırdı

10.08.2018 13:15

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkənin indiki başçısı Həsən Ruhanini istefa verməyə çağırıb.

"Anadolu” agentliyi xəbər verir ki, sabiq prezidentin fikrincə, Ruhani və onun komandasının hakimiyyətdə qalması ölkəyə zərər verir.

"Xalqın dövlətə etibarı praktik olaraq sıfra yaxınlaşıb”, - siyasətçi sosial şəbəkədəki səhifəsində etdiyi videomüraciətində bildirib.

Əhmədinejad əlavə etdi ki, İranın iqtisadiyyatı kollaps həddindədir.

"Xalqı təmin etməyin tək yolu istefaya getməkdir”, - o vurğulayıb./publika.az

© xezerxeber.az


360 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR