NATO-dan MÜHARİBƏ HAZIRLIĞI? - 30 batalyon və 30 hava eskadrilyası yaradılacaq

12.07.2018 12:42

NATO-nun 29 ölkəsinin dövlət və hökumət başçıları 30 gün ərzində genişlənməyə hazır 30 batalyon və 30 aviaeskadrilyasının 2020-ci ilə qədər yaradılması planını təsdiq ediblər.

TASS agentliyi xəbər verir ki, bu haqda Brüsseldə keçirilən NATO sammitinin birinci gününün nəticəsinə görə mətbuat konfransında alyansın baş katibi Yens Stoltenberq bildirib.

Bundan başqa, sammit hibrid təhlükələrlə mübarizə üzrə kibermüdafiə bölmələrin yaradılmasını təsdiq ediblər. Sammitdə həmçinin, ABŞ və Almaniyada iki yeni komandanlığının yaradılması bəyənilib.

Onun sözlərinə görə, sammitdə 2024-cü ilə kimi ittifaq ölkələrinin hərbi xərclərinin 266 milyard dollar artırılması üzrə milli planları təsdiq edilib.

"Kanada və Avropadan olan müttəfiqlərin milli planlarına əsasən, 2024-cü ilə qədər müdafiə xərclərini 266 milyard dollar artırılmasını gözləyirik”, - Stoltenberq deyib./publika.az

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR