Timoşenko Krımın qaytarılması üsulunu AÇIQLADI

12.07.2018 11:42

Ukraynanın sabir baş naziri, "Batkivşina” Partiyasının sədri Yuliya Timoşenko Krımı Rusiyadan almaq üsulunu təklif edib.

UNAN agentliyi xəbər verir ki, siyasətçi Krımın qaytarılması üçün Ukrayna ordusunun möhkəmləndirilməli, həmçinin Budapeşt formatında danışıqların aparmalı olduğunu bildirib.

Timoşenko bildrib ki, Krım və Donbas Ukraynaya qaytarılmalıdır.

"Krım və Donbas bizim ərazilərimizdir və heç kim bizimlə onların verilməsi haqqında söhbət apara bilməz. Biz bunu etməyə icazə verməyəcəyik”, - deputat deyib.

Siyasətçi həmçinin şikayətlənib ki, ölkə Budapeşt memorandumunun imzalanmasından sonra NATO-ya daxil olmadı.

Xatırladaq ki, 5 dekabr 1994-cü ildə Ukrayna, Rusiya, ABŞ-ın və Böyük Britaniyanın liderləri tərəfindən imzalanmış Budapeşt memorandumu Kiyevi nüvə silahlarından məhrum etdi. Sənədə əsasən, sonuncu 3 ölkə nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə zəmanət verirdi./publika.az

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR