Tramp Putinə görə öz işçilərini “axmaq” adlandırdı

10.07.2018 10:46

ABŞ prezidenti Donald Tramp martda Vladimir Putilə apardığı telefon söhbətində onun rusiyalı həmkarına zəng etməsinə qarşı çıxanları "axmaq” adlandırıb.

Bu barədə nüfuzlu "The New York Times" qəzeti telefon danışığının təfərrüatlarından xəbərdar olan diplomatik mənbətə istinadən məlumat yayıb.

Qəzet yazıb ki, Trampın "axmaq” deyə adlandırdıqları ABŞ prezidenti administrasiyasının işçiləridir. O da bildirilib ki, telefon söhbətində Tramp Putinə Rusiya və ABŞ-ın ikitərəfli əlaqələri daha da möhkəmləndirməli olduqlarını deyib.

Qeyd edək ki, Putinin prezident seçkilərində qələbəsi münasibətilə 20 martda Tramp ona zəng vurub. "The Washington Post" yazmışdı ki, Ağ Ev Trampı rusiyalı həmkarına zəng etməkdən çəkindirməyə çalışıb, ardıcıl məsləhətlər verib.

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR