Ərdoğan hökumətin yeni tərkibini açıqladı - SİYAHI

10.07.2018 00:38

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini elan edib.

Ərdoğan Nazirlər Kabinetinin yeni üzvlərini ötən gün keçirdiyi mətbuat konfransında təqdim edib:

Prezident müavini - Fuad Oqtay

Ədliyyə naziri - Əbdülhəmid Gül

İş, sosial xidmətlər və ailə naziri - Zəhra Zümrüd Səlcuq

Ətraf mühit və şəhərsalma naziri - Murad Qurum

Xarici işlər naziri - Mövlud Çavuşoğlu

Enerji və təbii sərvətlər naziri - Fatih Qayıtmaz

Gənclər və idman naziri - Məmməd Kasapoğlu

Xəzinə və maliyyə naziri - Berat Albayrak

Daxili işlər naziri - Süleyman Soylu

Mədəniyyət və turizm naziri - Mehmet Ersoy

Milli təhsil naziri - Ziya Səlcuq

Milli müdafiə naziri - Hulusi Akar

Səhiyyə naziri - Fəxrəddin Ər

Sənaye və texnologiya naziri - Mustafa Varank

Kənd təsərrüfatı və meşə naziri - Bəkir Pakdemirli

Ticarət naziri - Ruhsar Pekcan

Nəqliyyat və infrastruktur naziri - Cahit Turan

Qeyd edək ki, Türkiyədə yeni idarəetmə sisteminə keçid əsasında formalaşan hökumət strukturunda ixtisar və birləşmələr olub. Nəticədə nazirlərin sayı 16-ya endirilib. Bir prezident müavini ştatı yaradılıb. Bundan başqa, yeni kabinetdə təmsil olunanların əksəriyyəti yeni namizədlərdir. Hökumətin tərkibində iki qadın nazir təmsil olunur.

© xezerxeber.az

FOTOQALERIYA






360 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR