Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Türkiyə və ABŞ hərbçiləri Menbiç planının icrasına başlayır

14.06.2018 16:03

Türkiyə və ABŞ hərbçiləri Menbiçin terrorçulardan təmizlənməsinə dair planı artıq razılaşdıraraq, hər iki ölkənin rəhbərliyinə təqdim etmək barədə qərar qəbul ediblər.

"Anadolu” agentliyi xəbər verir ki, Menbiç üzrə yol xəritəsi və Menbiçdə təhlükəsizlik prinsiplərinin müəyyənləşdirilməsi ilə əlaqədar 12-13 iyunda ABŞ-ın Ştutqartdakı Avropa Komandanlığının qərargahında Amerika və Türkiyə silahlı qüvvələrinin vəzifəli şəxsləri toplantı keçirirblər.

Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı bəyan edib ki, görüşdə Menbiçin YPG/PYD, PKK terrorçularından təmizlənməsi müzakirə edilib və Menbiç planının icra mexanizminə dair razılıq əldə olunub. Menbiç üzrə hərbçilərin hazırladığı sənədin mətni Türkiyə və ABŞ rəhbərliyinə təqdim ediləcək.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Mayk Pompeo ilə 4 iyundakı görüşündə Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu qruplaşmalarından təmizlənməsinə dair "yol xəritəsi" üzrə razılıq əldə olunub.

Menbiç planının detallarını açıqlayan Çavuşoğlu bildirib ki, təmizlənmə prosesi 3 mərhələdə icra olunacaq. Birinci mərhələdə 10 gün ərzində ABŞ və Türkiyə nümayəndələrindən ibarət ilkin hazırlıq toplantısı keçiriləcək. İkinci mərhələdə YPG terrorçuları Menbiçdən çıxarılaraq Fərat çayının şərq sahillərinə çəkiləcək. Bu zaman terrorçuların əlindəki bütün silahlar alınaraq tərksilah ediləcək. Üçüncü mərhələdə isə Menbiçin yerli özünüidarə məsələsinə baxılacaq. Bu zaman bölgədəki əhali nisbəti nəzərə alınacaq. Menbiçdə ərəblərin üstünlük təşkil etdiyi yerlərdə idarəçilik və təhlükəsizliyə nəzarət ərəblərə həvalə olunacaq. Digər yerlərdə əgər çoxluq kürdlərə məxsus olsa, yalnız YPG/PYD, PKK xaricindəki kürdlərə idarəçilikdə iştirak haqqı veriləcək.

Çavuşoğlu bəyan edib ki, Menbiçin terrorçulardan təmizlənməsindən sonra, bu planı Suriyada kürd terrorçularının nəzarətində olan digər bölgələrə də tətbiq edəcəklər. Türkiyə xarici işlər naziri Menbiçin terrorçulardan 3-6 ay ərzində təmizlənəcəyini və bu prosesdə üçüncü ölkənin iştirak etməyəcəyini deyib.

© xezerxeber.az


249 dəfə oxunub

ÇOX OXUNANLAR