Ərdoğanla foto çəkdirmək baha baş gəldi - Millinin baş məşqçisi də onlardan...

14.06.2018 14:04

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İngiltərədə bir araya gələn türk əsilli alman futbolçular Mesut Özil və İlkay Gündoğanla özəl olaraq görüşüb.

"Sport Bild” qəzeti xəbər verir ki, Avstriyadakı yoldaşlıq matçının məşq düşərgəsinə gedən baş nazir Özil və Gündoğanla özəl olaraq söhbət edib.

İddiaya görə, Merkel futbolçulardan Ərdoğanla necə bir araya gəldiklərini öyrənmək istəyib.

Üçlü görüşün baş tutduğunu təsdiq edən Merkel görüşün məzmunu haqqında açıqlama verməyib.

Almaniya milli komandasının meneceri Oliver Birhoff bu mövzuda indiyə qədər açıqlama verməyən Mesut Özilin susqunluğunu Dünya Çempionatı sırasında da davam etdirməsini gözlədiklərini bildirib.

O, alman azarkeşlər tərəfindən hər fürsətdə fitə basılan futbolçuların təzyiqlərə tab gətirə bilməyib milli komandadan ayrılacaqlarını ehtimal etmədiyini vurğulayıb. Həmçinin qeyd edib ki, millinin baş məşqçisi də onlardan vaz keçmək fikrində deyil və onlar Dünya Çempionatına qatılacaqlar.

2014 Dünya və 2016 Avropa Çempionatında zədə səbəbindən oynaya bilməyən İlkay Gündoğan ilk böyük turnirinə hazırlaşdığını və mərkəz mövqeyi uğrunda ciddi rəqiblərinin olduğunu deyib.

Qeyd edək ki, Angela Merkel qatıldığı televiziya proqramında durumu anlayışla qarşıladığını bildirmiş, "Özil və Gündoğanın Ərdoğanla rəsm çəkdirməyin nəticələrini təxmin etmədikləri qənaətindəyəm” sözlərini işlətmişdi.

Xatırladaq ki, futbolçular Rəcəb Tayyib Ərdoğanın İngiltərəyə səfəri zamanı onunla görüşmüş, imzalı formalarını hədiyyə edərək foto çəkdirmişdilər./publika.az

© xezerxeber.az


1667 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR