KXDR Yaponiya ilə gizli danışıqlar aparır

14.06.2018 11:36

Yaponiyanın baş naziri Şinzo Abe ilə Şimali Koreya lideri Kim Çen Inın görüşməsi üçün hər iki ölkənin yüksək vəzifəli məmurları bu ilin yazından etibarən gizli danışıqlar aparıblar.

"Yomiuri” qəzeti xəbər verir ki, görüşün məqsədi Şimali Koreya xüsusi xidmət orqanları tərəfindən 1970-80-cı illərdə oğurlanaraq, məcburi şəkildə saxlanılan yaponiyalı vətəndaşların taleyi barədə məsələnin həllidir.

Bu məsələ Şimali Koreya lideri ilə ABŞ prezidenti Donald Trampın Sinqapurdakı görüşündə də müzakirə olunub. Tramp Kim Çen Ina izah edib ki, tam nüvəsizləşmə həyata keçirilərsə, ABŞ Pxenyana qarşı tətbiq etdiyi sanksiyaları götürəcək. Amma əgər Şimali Koreya tammiqyaslı iqtisadi yardım almaq istəyirsə, o zaman Yaponiya ilə danışıqlar aparmaldır. Lakin Tramp vurğulayıb ki, ölkədə məcburən saxlanılan yaponiyalıların işi həll edilmədən Abe Çen Ina kömək etməyəcək. Nəticədə Kim Çen In Şinzo Abe ilə şəxsən görüşərək, Yaponiya ilə Şimali Koreya arasındakı mövcud problemləri müzakirə etməyə razılıq verib.

Qeyd edək ki, Yaponiya baş naziri Kim Çen Inla görüşmək istəyini bir neçə dəfə dilə gətirib. Məlumata əsasən, Abe avqustda Pxenyana səfər edə bilər, yaxud da Yaponiya və Şimali Koreya liderləri sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu çərçivəsində təmas quracaqlar./azvision.az

© xezerxeber.az


323 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR