Fueqo vulkanı yenidən aktivləşdi

13.06.2018 15:36

Qvatemalada 117 nəfərin həyatına son qoyan Fueqo vulkanı iyunun 12-də yenidən aktivləşib.

Bu barədə Mərkəzi Amerika ölkəsinin Milli Seysmologiya İnstitutu məlumat yayıb.

Bildirilir ki, səhər saatlarından etibarən vulkanın kraterində partlayışlar başlayıb. Partlayış səsləri 10 km məsafədən eşidilir.

Vulkanın havaya atdığı qaz və kül 5 km hündürlüyə qədər qalxır./publika.az

© xezerxeber.az


236 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR