İsraildə “erməni soyqırımı” debatı - Seçkidən iki gün sonra...

13.06.2018 12:52

Knessetdə (İsrail parlamenti) "erməni soyqırımı”nın tanınması məsələsinə dair debatlar Türkiyədəki prezident seçkilərindən iki gün sonra – 26 iyunda keçiriləcək.

Bu barədə "The Times of Israel" məlumat yayıb.

Bununla bağlı İsrail parlamentinin spikeri Yuli Edelşteyn ilə "erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsinin təşəbbüsçüsü, "Merets” partiyasının lideri Tamar Zandberq arasında razılıq əldə olunub.

Qeyd edək ki, ötən gün Knessetdə "erməni soyqırımı”nın tanınmasına dair keçirilməli olan müzakirələr təxirə salınıb. İsrail KİV-ləri isə əminliklə bildirirdilər ki, dünənki müzakirələr təxirə salınmayacaq.

Xatırladaq ki, Qüds ətrafında yaranan vəziyyətlə əlaqədar onlarla fələstinlinin öldürülməsi səbəbindən Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili fələstinlilərə qarşı soyqırımda ittiham edib. Bu fonda İsrailin bəzi nazirləri və Knessetin deputatları "erməni soyqırımı”nı rəsmən tanımağa çağırış ediblər. /azvision.az

© xezerxeber.az


270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR