ABŞ əks-kəşfiyyatı xəbərdarlıq etdi: DÇ-2018-ə mobil telefon aparmayın

13.06.2018 11:53

ABŞ-ın Milli Əks-Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Evanina Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına baxmaq üçün bu ölkəyə yollanacaq amerikalılara müraciət edib. "Reuters" bildirir ki, müraciətdə Amerika vətəndaşlarından özləri ilə Rusiyaya mobil telefon və planşetlər aparmamaq tövsiyə olunub.

Uilyam Evanina qeyd edib ki, Rusiyaya aparılacaq mobil telefonlara yerli hakerlər tərəfindən müdaxilə ediləcəyinə ehtimal böyük olduğu üçün bundan çəkinmək lazımdır. Əks halda amerikalıların şəxsi məlumatları hakerlər tərəfindən ələ keçiriləcək.

Qeyd edək ki, eyni müraciəti Böyük Britaniyanın xüsusi xidmət orqanları da edib və futbolçularla fanatlara mobil telefonları Rusiyaya aparmamaq xəbərdarlığı olunub./FaktXəbər

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR