Hindistanda ağır yol qəzası - 17 nəfər öldü

13.06.2018 10:22

Hindistanın Uttar-Pradeş ştatında sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, yol qəzası nəticəsində azı 17 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, sərnişin avtobusu ötmə əməliyyatı etmək istəyərkən maneəyə çırpılıb və aşıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

© xezerxeber.az


300 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR