İran Suriya və Yəməndəki qüvvələrini çıxarır

13.06.2018 10:10

ABŞ İranla nüvə sazişindən çıxdıqdan sonra Tehran Suriya və Yəməndən silahlı qüvvələrini çıxarmağa başlayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.

"Düşünmürəm ki, indi onlar (İran – red.) Aralıq dənizi tərəfə, Suriya və Yəmənə əvvəlkitək baxırlar. Onlar Suriya və Yəməndən adamlarını çıxarmağa başlayırlar”, – deyə Tramp bildirib. ABŞ prezidenti, həmçinin vurğulayıb ki, artıq İran bir neçə ay öncə olduğu kimi cəsarətli deyil.

Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra Vaşinqtonla Tehranın münasibətləri daha da gərginləşib. Lakin sazişin digər iştirakçıları, o cümlədən Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sanksiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasının tərəfdarıdırlar.

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

21.06.2018 13:51

Əsgərə məktub yazın!

ÇOX OXUNANLAR