İtaliya kürdlərə dəstək üçün qoşun göndərdi

12.06.2018 16:21

İtaliya Suriyadakı YGP kürd terrorçu qruplaşmasına dəstək olmaq üçün Deyr əz-Zora qoşun göndərib.

"Anadolu Ajans”ı xəbər verir ki, İtaliya ordusunun əsgərləri 1 həftə bundan əvvəl məhz İraq ərazisi üzərindən Suriyanın şimalındakı YPG-yə köməyə gəliblər. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin tərkibində yer alan İtaliya hərbçiləri Deyr əz-Zorda Ömər neft yatağı yaxınlığındakı ABŞ hərbi bazasında yerləşiblər.

İtaliyanın İŞİD-lə mübarizə üçün YPG-yə dəstək məqsədilə Suriyaya göndərdiyi əsgərlərin sayı dəqiq bilinmir. Lakin məlum olub ki, onlar hələ ki, birbaşa döyüşlərə qatılmayacaqlar.

Qeyd edək ki, Suriya ərazisi, demək olar ki, İŞİD terrorçularından təmizlənib. Hazırda terrorçular yalnız İraqla sərhəddəki Hasaka və Deyr əz-Zorda müqaviməti davam etdirirlər.

© xezerxeber.az


406 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR