Tramp Kim Çen Ina planşetdə nə göstərib?

12.06.2018 15:36

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüş zamanı iPad-da videoçarx vasitəsilə Şimali Koreyaya daşınmaz əmlak ticarəti baxımından açılacaq imkanları göstərib.

Bu barədə Ağ Ev rəhbəri Donald Tramp KXDR-lə birgə bəyanatın imzalanmasının yekunlarına dair mətbuat konfransında danışıb.

"Məsələn, onların gözəl çimərlikləri var. Siz bunu hər yerdə görürsünüz, okeanda hara gəldi toplarla atəş açırlar. Mən dedim ki, buna diqqət edin. Məgər bunun əvəzinə çoxmənzilli evlər olsaydı, gözəl olmazdı? Mən dedim ki, sizdə dünyanın ən gözəl otelləri ola bilər",-deyə Tramp Kim Çen Inla dialoqunu mətbuata açıqlayıb./FaktXəbər

© xezerxeber.az


288 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR