“Müharibə olsa, 50 milyon insanı itirə bilərik” - Tramp söz verdi

12.06.2018 14:41

ABŞ-ın Şimali Koreyaya verdiyi təhlükəsizlik zəmanətinə Cənubi Koreyadakı amerikalı hərbçilərin sayının azaldılması daxil deyil.

Bu barədə ABŞ prezidenti Donald Tramp Sinqapur sammitinin yeknuna dair keçirdiyi mətbuat konfransında bəyan edib.

O, bildirib ki, Koreya yarımadasındakı hərbçiləri geri çağırmayacaqlar. Lakin əgər Pxenyanla danışıqlar düzgün istiqamət üzrə getsə, ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimləri dayandıracağına dair vəd verib. Bu, ABŞ-ın böyük bir vəsaitə qənaət etməsinə imkan verəcək.

Tramp bundan sonra Pxenyanı müharibə ilə təhdid etməyəcəyini deyib. Çünki müharibə faciəvi nəticələrə gətirib çıxara bilər: "Müharibə olarsa, 30, 40, 50 milyon insanı itirə bilərik. Cənubi Koreyanın paytaxtı Seulda 28 milyon insan yaşayır və bu şəhər demilitarizasiya zonasının düz yanında yerləşir".

Qeyd edək ki, Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.

© xezerxeber.az


193 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR