ABŞ və KXDR liderləri Sentosa adasını tərk ediblər

12.06.2018 11:59

KXDR lideri Kim Çen Inın və ABŞ Prezidenti Donald Trampın kortejləri bir qədər əvvəl tarixi sammitin keçirildiyi Sinqapurun Sentosa adasını tərk edib.

Xezerxeber.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp ötən günün "çox gözəl” keçdiyini deyib. "Biz gözəl gün keçirdik və ölkələrimiz haqda çox şey öyrəndik”, - Tramp belə deyib. Sammitin nəticələri ilə bağlı mətbuata sonra məlumat verəcəyini bildirən Donald Tramp Kim Çen Inla hələ çox görüşəcəklərini də vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl Sinqapurun Sentosa adasındakı "Capella” otelində ABŞ və KXDR liderlərinin tarixi görüşü baş tutub. Geniş tərkibli rəsmi danışıqlar demək olar ki, iki saat davam edib. İki liderin böyük maraqla gözlənilən təkbətək görüşü isə 35 dəqiqə sürüb. Tərəflər danişıqların yekunları barədə məzmunu hələlik açıqlanmayan birgə sənəd imzalayıblar.

© xezerxeber.az


261 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR