Kim Çen İn yekun sənədi bacısının qələmi ilə imzaladı

12.06.2018 11:30

KXDR lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampla görüşdən sonra yekun sənədi ABŞ tərəfinin təklif etdiyi qələmlə yox, bacısının ona hədiyyə etdiyi lələkvari qələmlə imzalayıb.

Xezerxeber.az "RİA Novosti"yə istinadən xəbər verir ki, mərasim başlamazdan əvvəl, imzalanması üçün qovluqlar və üzərində Donald Trampın adı olan iki eyni qələm masanın üzərinə qoyularkən Şimali Koreya liderinin ağ əlcəkli təhlükəsizlik işçisi qələmi açaraq onu salfetlə silib.
Amma imzalamadan əvvəl bacısı Kim Yo Çjon KXDR liderinə yaxınlaşaraq ona lələkvari qələm uzadıb. Kim Çen İn də məhz o qələmlə yekun sənədi imzalayıb.

© xezerxeber.az

FOTOQALERIYA






267 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR