Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Çin ABŞ-KXDR liderlərinin Sinqapur görüşünü alqışlayır

12.06.2018 11:21

Çin ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında Sinqapurda keçirilən görüşü alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu fikri Çinin xarici işlər naziri Van İ bəyan edib. O, Sinqapur sammitini tarix yaradan görüş kimi şərh edərək, iki liderin bərabər səviyyədə dialoq aparmasının yeni tarixi məqam olduğunu bildirib.

"Çin bu dialoqu alqışlayır və dəstəkləyir. Bu, Çinin can atdığı və üzərində çalışdığı hədəfdir”, - deyən Çin xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, rəsmi Pekin Sinqapur görüşünün Koreya yarımadasının nüvə silahsızlaşdırılmasına və yarımadada sülh mexanizminin yaradılmasına doğru əsas addım olacağına ümid edir.

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR