Orlando şəhərində girov götürülən dörd uşağın cəsədi aşkarlanıb

12.06.2018 11:20

ABŞ-ın Florida ştatında yerləşən Orlando şəhərinin polisi dörd uşağın və bir gün öncə onları girov götürən kişinin cəsədini aşkarlayıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, uşaqları girov götürən Heri Ueyn Lindsi intihar edib. Bundan əvvəl o, bir neçə cinayətdə, o cümlədən qəsdən yanğın törətməkdə təqsirkar bilinmişdi və sınaq müddətini keçirdi. İnsident nəticəsində həlak olan 1-11 yaş arasındakı uşaqların adları açıqlanmır.

Qeyd edək ki, iyunun 10-da axşam saatlarında bir qadın polis bölməsinə zəng edərək dostunun onu döydüyünü bildirmişdi. Hadisə yerinə gələn polis əməkdaşları Lindsini həbs etməyə çalışmışdı. O isə atəş açaraq polislərdən birini ağır yaralamış və evdəki 4 uşağı girov götürərək qanun keşikçilərinə müqavimət göstərməkdə davam etmişdi.

© xezerxeber.az


69 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR