Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

ABŞ və Şimali Koreya liderlərinin geniş tərkibdə görüşü başa çatıb

12.06.2018 09:25

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In arasında Sinqapurda keçirilən geniş tərkibdə görüş başa çatıb.

Xezerxeber.az xəbər verir ki, görüşdə ABŞ tərəfdən dövlət katibi Mayk Pompeo, prezident administrasiyasının rəhbəri Con Kelli və milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton, KXDR tərəfdən isə Fəhlə Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Kim Yonq-çol, partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Ri Su-yonq və xarici işlər naziri Ri Yon-ho iştirak ediblər.

Donald Tramp deyib ki, görüş heç kimin gözləmədiyindən də yaxşı keçib.

Görüşdə müzakirə olunan məsələlər və əldə olunan nəticələr barədə hələlik məlumat verilmir.

Prezident Donald Trampın bu gün ABŞ-a yola düşməzdən əvvəl mətbuat konfransı keçirəcəyi bildirilir.

© xezerxeber.az


209 dəfə oxunub

ÇOX OXUNANLAR