Donald Tramp: Kim Çen In ilə görüş çox yaxşı keçdi

12.06.2018 09:01

ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In ilə təkbətək görüşün çox yaxşı keçdiyini bildirib.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp qısa açıqlamasında böyük problemlərinin həllinə nail olacaqlarını deyib.

Qeyd edək ki, Sinqapurda KXDR lideri Kim Çen In ilə ABŞ Prezidenti Donald Tramp arasında təkbətək görüşdən sonra geniş tərkibdə danışıqlar başlayıb. Müzakirələrdə hər iki ölkə üçün aktual olan məsələlər – Birləşmiş Ştatlarla Şimali Koreya arasında yeni münasibətlərin qurulması, Koreya yarımadasında daimi sülhün əldə edilməsi, yarımadanın nüvə silahsızlaşdırılması prosesinin reallaşması diqqət mərkəzindədir.

© xezerxeber.az


249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR