Ərdoğan: "Kandil dağında PKK terror təşkilatına qarşı əməliyyat başlayıb"

11.06.2018 16:22

Türkiyə ordusu İraqın şimalında, PKK terror təşkilatının əsas bazalarının yerləşdiyi Kandil dağında əməliyyata başlayıb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Niğde şəhərində seçkiqabağı təşviqat kampaniyası çərçivəsində keçirilən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan bildirib ki, PKK terror təşkilatının Kandil dağındakı 14 mövqeyi 20 hərbi təyyarə tərəfindən bombalanaraq məhv edilib: "Bu əməliyyat bitmədi, davam edəcək. Hədəfimiz terror bataqlığının ən böyüyünü qurutmaqdır. Kandil ölkəmiz və millətimiz üçün artıq bir təhdid, terror mənbəyi olmaqdan çıxarılacaq. Kandildəki terror bataqlığını da Suriyanın Afrin, Cerablus, Əl-Bab və Azez bölgələrində olduğu kimi, qurudacağıq”.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

19.06.2018 12:52

BMT ABŞ-a etiraz edib

ÇOX OXUNANLAR