Türkiyədə daha 20 universitet açılır

17.05.2018 17:23

Türkiyədə daha 20 universitet təsis ediləcək.

"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, Türkiyədə 175 universitet var. Bunların 71-i fondun, 104-ü isə dövlətindir. 46 universitet olmaqla, ən çox ali təhsil müəssisəsi İstanbulda fəaliyyət göstərir. Bunların da 9-u dövlət, 37-si isə fonda aiddir.

© xezerxeber.az


335 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR