Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Ölü planet tapılıb

17.05.2018 17:00

İsveçrə, Fransa və Almaniyadan olan bir qrup astronom "Almahata Sitta" meteoritinin tərkibində olan almazları tədqiq etdikdən sonra qənaətə gəlib ki, həmin meteorit əvvəllər mövcud olmuş planetin tərkib hissəsi olub.

Bu meteoritin Günəş sistemində Mars və Merkuri boyda olan planetin bir hissəsi olduğu ehtimal edilir.

Qeyd edək ki, içərisində iri almaz kristalları olan "Almahata Sitta" meteoriti 2008-ci ildə Sudan ərazisinə, Nubiya səhrasına düşmüşdü. Meteoritin tərkibində həmçinin qrafit, piroksen və olivin maddələri də aşkar edillmişdi. (Trend)

© xezerxeber.az


387 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR