Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qazaxıstanda niqab qadağan olundu

16.05.2018 18:16

Qazaxıstan parlamentinin aşağı palatası insan simasının görünməsinə əngəl törədən geyimlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi qəbul edib.

"Ferqana” agentliyi xəbər verir ki, belə geyimdə ölkədə gəzmək qadağan olunacaq.

Qadağa niqab daşıyanlara da şamil olunacaq.

Geyimlərlə bağlı qadağalar respublikada dini fəaliyyəti nizamlayan qanunlarda dəyişikliklərin bir hissəsidir.

Bu dəyişikliklər ölkə prezidenti Nursultan Nazarbayevin dini paltar, qısa saqqal və qısa şalvar geyinənləri açıq şəkildə tənqid etməsindən sonra başlayıb.

Xatırladaq ki, N.Nazarbayev bir müddət əvvəl demişdi: "Bu, bizim xalqımızın ənənəsinə uyğun deyil. Bunun qanun səviyyəsində qadağan olunması vacibdir”. (Oxu.az)

© xezerxeber.az

FOTOQALERIYA






401 dəfə oxunub

ÇOX OXUNANLAR