Çin havada və suyun altında hərəkət edən pilotsuz silah yaradır

16.05.2018 17:26

Çinli mühəndislər düşmənin sualtı qayığını məhv edən sualtı-hava pilotsuzu üzərindəişləyir.

Bu barədə RT öz mənbələrinə istinadla xəbər verib.

Nəşr bildirir ki, bu silah həm havada, həm də suyun altında hərəkət edə bilir və onun inşaasına artıq başlanılıb.

Lakin elm adamları yanacaq məsələsində bir qərara gələ bilməyiblər, həmçinin uçuş və sualtı əməliyyatlarında xüsusi layihələndirilmiş universal mühərrikdən, yoxsa öz fəaliyyətinə uyğun iki mühərrikdənistifadə olunacağıhələ müəyyən olunmayıb.

Məlumdur ki, maşın kəşfiyyat əməliyyatları, o cümlədən dəniz yolunun izlənməsi, hücumların həyata keçirilməsinə nəzarət, düşmən minalarının məhvi, radarları və düşmənin digər sistemləri sıradan çıxarmaq işlərini görürlər./faktxəbər

© xezerxeber.az


246 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR