Fələstin Avropa ölkələrindəki səfirlərini geri çağırdı

16.05.2018 16:51

Fələstin Macarıstan, Rumıniya, Avstriya və Çexiyadakı səfirlərini geri çağırıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd edək ki, Vaşinqtonun İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi ilə əlaqədar, Fələstin bundan öncə ABŞ-dakı səfirliyini də geri çağırıb.

Mayın 14-də ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən 10 mindən çox fələstinlinin Qəzza zonasındakı aksiyasını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 59 fələstinli ölüb, 2771 nəfəri yaralanıb.

© xezerxeber.az


249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR