ABŞ və Avropa İttifaqı ikili standartlar məngənəsində

16.05.2018 12:17

Avropa İttifaqı və ABŞ Dövlət Departamenti Kerç körfəzindən körpü açılmasını pisləyiblər.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyertin sözlərinə görə, Krım Ukraynanın tərkib hissəsidir, bu körpü isə Ukraynanın hakimiyyət orqanlarının icazəsi olmadan tikilib.

AZƏRTAC xəbər verir ki, Amerika xarici siyasət idarəsinin fikrincə, bu qurğu "Ukraynanın Azov dənizindəki ərazi sularına keçmək üçün yeganə yol olan Kerç körfəzindən keçə biləcək gəmilərin ölçülərinin məhdudlaşdıraraq naviqasiyaya mane olur”.

Noyert deyib: "Biz Rusiyanı bu gəmiçiliyə mane olmamağa çağırırıq”.

Elə həmin gün Avropa İttifaqı da Rusiyadan Krıma körpü açılmasını pisləyib. Avropa xarici siyasət xidmətinin (EEAS) məlumatında deyilirdi ki, Kiyevin icazəsi olmadan körpü tikilməsi Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə pozulmasıdır.

Amma Ermənistan Laçını işğal edəndən sonra Gorusdan Azərbaycanın Qarabağ bölgəsinə, sonra isə Vardenisdən (keçmiş Basarkeçər) Kəlbəcərə yol tikəndə biz istər ABŞ, istərsə də Aİ tərəfindən bu cür prinsipiallıq görmədik.

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR