“Taliban” 300 döyüşçüsünü itirdi

16.05.2018 11:51

Əfqanıstanda 300 talib öldürülüb
 
Əfqanıstanın Farah şəhəri uğrunda gedən döyüşlərdə 300 "Taliban” terror qruplaşmasının üçvü zərərsizləşdirilib.
 
Modern.az "Tolo News” kanalına istinadən xəbər verir ki, bu barədə Farah əyalətinin qubernatoru Abdul Basir Salanqi məlumat verib.
Onun sözlərinə görə mayın 15-də şəhərə min nəfər "Taliban” döyüşçüsü hücum edib. Sonra isə daha min  nəfər də hücuma qoşulub. Şəhər uğrunda gedən döyüşlərdə 15 əfqan hərbçisi, 10 nəfər polis nəfəri və 5 dinc sakin həlak olub.
 
Məlumatda həmçinin qeyd olunur ki, hücumda Helmand, Herat, Hur və Zabul əyalətlərindən "Taliban” qruplaşmasının üzvləri iştirak edib. Hazırda qruplaşma üzvləri Şir-kuh, Peşt-koh və Reci rayonlarında mohkəmləniblər.

© xezerxeber.az


251 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR