Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Fələstin Vaşinqtondakı səfirini geri çağırıb

16.05.2018 09:38

Fələstin ABŞ-dakı səfirini geri çağırıb. 

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Fələstin XİN-in bəyanatında bildirilir. Bəyanatda qeyd olunur ki, bu addım ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə cavab olaraq atılıb.
XİN səfirin artıq mayın 16-da vətəninə dönəcəyini bildirib.
Qeyd edək ki, Türkiyə ötən gün analoji addım atıb. Həmçinin Türkiyənin İsraildəki səfiri də geri çağırılıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili terrorçu ölkə, fələstinlilərə qarşı əməllərini isə soyqırımı adlandırıb.
Qəza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölənlərin xatirəsinə Türkiyə və Fələstində üçgünlük matəm elan edilib.

© xezerxeber.az


148 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR