Türkiyə İsrail səfirindən ölkəni tərk etməyi tələb etdi

15.05.2018 17:21

İsrailin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb.

Trend-in məlumatına görə, İsrail səfirindən Türkiyəni tərk etmək tələb olunub.

Xatırladaq ki, bu gün Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Ötən gün İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Son məlumata görə, qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.

© xezerxeber.az


482 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR