Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Rusiya XİN-dən öz vətəndaşlarına Yerevanla bağlı xəbərdarlıq

16.04.2018 17:59

Rusiya Xarici İşlər Nazirliyi Yerevanda olan Rusiya vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.

Trend-in məlumatına görə, bu müraciət Yerevanda davam edən iğtişaşlarla əlaqədar edilib.

Hazırda Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında qarşıdurma davam edir. Son məlumatlara görə, iğtişaşlar nəticəsində 3 polis əməkdaşı xəsarət alıb. Bundan başqa, etirazçılar arasında da xəsarət alanların olduğu deyilir.

Qeyd edək ki, bu gün Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar başlayıb.

© xezerxeber.az


341 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR