Merkelə hücum edilib

14.03.2018 17:25

Bu gün dördüncü dəfə Almaniya kansleri seçilən Anqela Merkel naməlum şəxsin hücumuna məruz qalıb.

APA-nın "Die Welt” saytına istinadən verdiyi xəbərə görə, A.Merkel Bundestanq binasını tərk edərkən naməlum şəxs fərqli dildə qışqıraraq Merkelin üstünə hücum çəkib. A. Merkel dərhal avtomobillə hadisə yerindən uzaqlaşıb.
Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Detallar araşdırılır.

© xezerxeber.az


404 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR