Terrorçularla atışmada 2 türk hərbçisi şəhid olub, 5-i yaralanıb

13.03.2018 18:18

Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb.

Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Diyarbakır əyalətinin Dicle rayonu ərazisində baş verib.
Bölgədə keçirilən antiterror əməliyyat zamanı terrorçu PKK qruplaşması silahlıları ilə hərbçilər arasında atışma olub.
Yaralanan hərbçilər Səlahəddin Əyyubi adına dövlət xəstəxanasına yerləşdiriliblər.
Bölgədə antiterror əməliyyatı davam edir.

© xezerxeber.az


322 dəfə oxunub

ÇOX OXUNANLAR