Netanyahu erkən seçkilərə "yox" dedi

14.02.2018 17:47

İsrailin baş naziri Benyamin Netanyahu polisin dünən onun haqqında səsləndirdiyi "baş nazir rüşvət alıb" iddialarını rədd edib və erkən seçkilərə gedilməyəcəyini açıqlayıb.

Paytaxt Təl-Əvivdəki bir konfransda etdiyi çıxışda Netanyahu "Nazirlər, deputatlar, liderlər, sizə səslənirəm. Bizlər İsrail dövlətinin mənfəəti üçün çalışırıq və sizi əmin edirəm ki, koalisiya sabitdir", deyə bildirib.

İsrail polisinin haqqında açdığı sui-istifadə ilə bağlı cinayət işinə "İsveçrə pendiri boşluqlarla doludur" sözləri ilə münasibət bildirən Netanyahu "Heç kim, mən və ya başqası seçkiyə getməyi düşünmür. Bizlər, sizlərlə İsrail dövləti və vətəndaşlarının mənfəəti üçün mövcud hökumətin səlahiyyət müddəti bitənə qədər işləyəcəyik", deyə açıqlayıb.

© xezerxeber.az


354 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR