100 milyon insan bu səbəblə ölə bilər - Alimlərdən qorxudan xəbərdarlıq

14.02.2018 16:10

Elm adamları Kyuşu adası yaxınlığındakı Kikai Kalderada dənizin altında partlamağa hazır vulkan olduğunu açıqlayıb.

Mütəxəssislər vulkanın partlaması halında ən az 100 milyon insanı öldürə biləcəyini iddia edərək, vulkanın gələcək 100 il içərisində partlayış ehtimalının bir faiz olduğunu bildirib.

"KOBEC" tərəfindən aparılan araşdırmada vulkanın 7300 il əvvəl Yaponiyanın cənubundakı Jomon sivilizasiyasını məhv etdiyi məlum olub. Jomon sivilizasiya ilk Yapon icması kimi tanınan qrup olaraq balıqçılıq və ovçuluqla məşğul olub.

Alimlər vulkanın partlaması nəticəsində, Yaponiyanın cənubunda Tayvan və Çində sunami baş verəcəyi xəbərdarlığını edib./Metbuat.az

© xezerxeber.az


356 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR