Donald Tramp Administrasiyası elan edib ki, 2019-cu ildə müdafiə xərcləri üçün 686 milyard dollar tələb edib. Bu, 2011-ci ildən etibarən hərbi büdcə üçün nəzərdə tutulan ən böyük məbləğdir. Maliyyələşdirmə ABŞ Silahlı Qüvvələrinin hazırlığında boşluqları doldurmaq məqsədi daşıyır.
686 milyard dollarlıq tələb əməliyyat büdcəsinin 617 milyard dollar məbləğində baza hissəsini, habelə xarici ölkələrdə, o cümlədən Əfqanıstan, İraq, Suriya və Avropada hərbi əməliyyatlar üçün 69 milyard dolları əhatə edir. Bundan əlavə, Administrasiya ABŞ Energetika Nazirliyinin nüvə proqramı üçün 30 milyard dollar tələb edib ki, bu da milli təhlükəsizlik üçün tələb olunan büdcəni ümumən 716 milyard dollara çatdırır.
ABŞ Prezidenti D.Tramp bununla bağlı bəyanatında deyib: "Silahlı qüvvələrimiz tamamilə gücdən düşüb, amma bizim əvvəlkindən qat-qat güclü silahlı qüvvələrimiz olacaq”.
© xezerxeber.azBu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna start veriləcək
Deniz Çakırın hicablı xanımlarla dava görüntüləri yayıldı - VİDEO
İstanbul-Bakı aviareysi ilə gələn iki qadın saxlanılıb - FOTO
Prezidentdən bu rayonlarla bağlı MÜHÜM SƏRƏNCAM - 30 milyon ayrıldı
Səddamın nəvəsi ilk dəfə danışdı: O GECƏ… - TÜKÜRPƏDİCİ XATİRƏLƏR
ŞAD XƏBƏR - Bu sahədə çalışanların ƏMƏKHAQQI ARTIRILACAQ - VİDEO
Azərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb - VİDEO
Dövlət qulluqçularının maaşı artırılır - YENİ QANUN LAYİHƏSİ - VİDEO
Bu həftə tarixin ən dəhşətli SOYUĞU OLACAQ - Mənfi 60 DƏRƏCƏ