Həkimə gedən qadının gözündən görün nə çıxdı - İlk dəfə bir insanda rast gəlinir

13.02.2018 18:07

ABŞ-da yaşayan 26 yaşlı qız gözündə yaranan qaşıntının səbəbini öyrənəndə şoka düşüb.

Gənc qadının orqanizmində yaşayan parazitlər bu qaşıntıya səbəb olub.

Ebi Bekley 1 həftə gözündəki qaşıntı ilə mübarizə apardıqdan sonra gözünü incələməyə başlayıb. Gənc qadın gözünün içində hərəkət edən parazit soxulcanı görəndə şoka düşüb. 1.5 sm uzunluğu olan paraziti gözündən çıxaran Bekley həkimə müraciət edib. Həkimlər qızın gözündən daha 2 soxulcan çıxarıblar. Qaşıntıları keçməyən qız yenidən həkimə müraciət edib və bu dəfə onun gözlərindən 3 soxulcan da çıxarılıb.

Sonradan Ebi yenidən xəstəxanaya müraciət edib və onun gözündən ümumilikdə 14 soxulcan çıxarılıb. Həkimlər bildiriblər ki, "Thelazia Gulosa" adlı parazit bu günə qədər ancaq heyvanlarda aşkar edilib.

© xezerxeber.az

FOTOQALERIYA






232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR