ABŞ uzun müddət Suriyada qalmaq istəyir - Lavrov

13.02.2018 16:15

Rusiyanın xarici işlər naziri Sergey Lavrov belçikalı həmkarı Didyer Reynders ilə görüşdən sonra ABŞ-ın uzun müddətdir Suriyada qalmağı düşündüyünü bildirib.

Lavrov bildirib ki, Amerika Birləşmiş Ştatları "Suriyadakı mövcudluğumuz hər kəs üçün məqbul sabit bir siyasi proses olan rejim dəyişikliyi formalaşmağa başlayana qədər saxlanılmalıdır" deyə bəyanat verib.

"Mən indi düşünürəm ki, ABŞ uzun müddət orada qalmaq istəyir", deyə Lavrov açıqlama verib.

© xezerxeber.az


267 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR