Hindistanda dəhşət: 40 şagirdi aparan qayıq çevrilib

13.01.2018 14:37

Hindistanın qərb sahilləri yaxınlığında şagirdləri daşıyan qayığın qəzaya uğraması nəticəsində azı 4 uşaq həlak olub.

Xezerxeber.az məlumat verir ki, Hindistanın ANI agentliyinin yaydığı məlumata görə, insident yanvarın 13-də səhər saatlarında ölkənin qərbində yerləşən Maharaştra ştatının Dahanu şəhəri sahillərində qeydə alınıb. Qəza zamanı qayıqda 40 məktəbli olub. Onlardan 25-i xilas edilib.

Hazırda hadisənin baş verdiyi ərazidə axtariş-xilasetmə əməliyyatı aparılır.

© xezerxeber.az


340 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR