Buryatiyada kafedə 46 nəfər zəhərlənib

13.01.2018 13:17

Buryatiya paytaxtı Ulan-Udedə 46 nəfər kafedə yedikdən sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya müraciət edənlərin kafedə sanitar qaydaların pozulması səbəbindən salmonell ibakteriyasından zəhərləndikləri bildirilib.

İlkin olaraq mədə ağrıları ilə xəstəxanaya 36 nəfər müraciət edib. Hazırda isə xəstəxanada 8-i yeniyetmə olmaqla 46 nəfərin zəhərlənmə diaqnozu ilə müalicə aldığı bildirilib.

Xəstəxanaya yerləşdirilənlərin səhhəti hazırda orta ağırlıqlı qiymətləndirilir.

Kafenin fəaliyyəti dayandırlıb. Polis araşdırmalara başlayıb.

© xezerxeber.az


168 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR