Marsda yeni su mənbəyi tapıldı

13.01.2018 10:34

NASA alimləri, Marsın orbitində kəşf və araşdırma məqsədi ilə hazırlanan "Mars Reconnaissance Orbiter” tipli radiolokasiya ölçülərini tətbiq edərək qırmızı planet üzərində buzlaq təbəqələri kəşf ediblər.
 
Modern.az  xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geologiya Araşdırmalar Təşkilatının icra etdiyi tədqiqat nəticəsində Marsın səthində buz qayaları kəşf edən elm adamları, həmin buzlaqların Marsa səyahət edən ilk insanlar üçün su mənbəyi ola biləcəyini deyiblər.
 
"Mirror” qəzetinə müsahibə verən tədqiqat rəhbəri Kolin Dundas deyib ki, onlar artıq 3 ildir ki Marsda buz qayalarının olduğunu bilirlər.
 
"Lakin buzun planet üzərində dayanıqlı ola bilib, bilməməsi uzun müddətdir ki, elm aləmində müzakirə mövzusu idi. Belə ki, Marsda bu buzların buxarlanacağını gözlədiyimiz halda 3 il müddətinə bu buz qayaları buraxlanaraq yoxa çıxmadı”.
 
Araşdırmaçılar, Marsda 3 il əvvəl alınan görüntüləri analiz edərək, buz təbəqələrinin eroziya nəticəsində meydana gəldiyini və buzlaqların qütblərə baxan dik yamaclarda, səkkiz ayrı yerdə ola biləcəyini vurğulayıblar.
           
Dundas, həmçinin, müsahibəsində qeyd edib ki, araşdırmalar göstərir ki, bu vəziyyət, geoloji olaraq yaxın keçmişdə Marsda qar örtüyünün ola biləcəyi nəzəriyyəsini də təsdiqləyir.

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR