Venesuelada matəm elan edilib

13.01.2018 09:33

Venesuelanın Falkon ştatının qubernatoru Viktor Klark Karib dənizində qəzaya uğramış qayıqdakı insanların həlak olması ilə bağlı cümə günü üçgünlük matəm elan edib.

Xezerxeber.az RİA Novosti saytına istinadla xəbər verir ki, qayığın Kyurasao adası yaxınlığında qayaya çırpılması nəticəsində 5 nəfər ölüb, 16 nəfər özünü adaya çatdıra bilib. Qayıqda 30 nəfər olub. Digərlərinin taleyi məlum deyil. Bundan əvvəl Venesuela hökuməti kontrabandçılığın qarşısını almaq və ölkədən malların çıxarılmasına yol verməmək məqsədilə Aruba, Kyurasao və Bonyer adaları ilə bağlı blokada rejimi tətbiq etmişdi.

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR