İran-İraq sərhədində ardıcıl üç zəlzələ baş verib

13.01.2018 09:06

İran-İraq sərhədində 4,3 bal gücündə zəlzələ baş verib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtı ilə saat 03:33-də qeydə alınan yeraltı təkanların episentri İlam şəhərindən 70 km qərbdə, İraqın Məndəli şəhərindən 15 km cənub-şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.
Bundan əvvəl yanvarın 13-ə keçən gecə eyni ərazidə 4,6 və 3,9 bal gücündə üç zəlzələ qeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

© xezerxeber.az


55 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR