Türkiyədə FETÖ ilə əlaqədar 5399 hərbçi həbs olunub

12.01.2018 16:49

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 2017-ci ildə zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, keçən il 3239-u PKK, 3777-i İŞİD terrorçusu olmaqla, 7016 terrorçu zərərsizləşdirilib.

Zərərsizləşdirilən PKK terrorçularından 46-sı terror təşkilatının lider kadrıdır.

FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində 9238 hərbçi Türkiyə Silahlı Qüvvələrindən xaric edilib, 5399 hərbçi həbs olunub.

Baş Qərargah Türkiyədə keçən il sərhəd nəzarəti zamanı 439 min insanın saxlanıldığını da açıqlayıb.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR