Lavrov Çavuşoğluna zəng edib

12.01.2018 14:27

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.

Xezerxeber.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, S. Lavrov və M. Çavuşoğlu Suriyanın İdlib vilayətindəki son durumu müzakirə ediblər.
Qeyd edək ki, Suriya hərbi təyyarələrinin atəşkəs bölgəsi elan edilən İdlibi bombalaması Türkiyənin etirazına səbəb olub. İdlibdə atəşkəsin təminatçısı olan ölkələr Türkiyə, Rusiya və İrandır. İdlibin bombalanması ilə əlaqədar Rusiya və İran səfirləri Türkiyə Xarici İşər Nazirliyinə çağırılıb, onlardan üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istənilib.

© xezerxeber.az


262 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR