Putin Ərdoğanla Qüds məsələsini müzakirə edəcək

07.12.2017 17:16

"ABŞ dövlət başçısı Donald Trampın Qüdsü İsrailin paytaxtı elanetməsi regiondakı vəziyyəti daha da çətinləşdirib”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Trampın qərarı Yaxın Şərqdə münaqişələrinhəll prosesinə heç bir fayda verməyəcək, əksinə bölgədəki gərginliyi daha da artırıb.

Peskov bu axşam Putinin Ərdoğanla telefonla danışacağını deyib. O qeyd edib ki, tərəflər Trampın Qüdslə bağlı qərarı üzündən Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edəcəklər.

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR