Daha bir ölkə Qüdsü İsrailin paytaxtı kimi tanıdı

07.12.2017 16:40

ABŞ-dan sonra Çexiya da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

Bu barədə Çexiya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilib ki, İsrail və Fələstin arasında sülh sazişi imzalanana qədər Qüdsün qərbi İsrailin paytaxtı kimi tanınacaq.

"Çexiya səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi isə ancaq bölgədə və dünyadakı müttəfiqlərlə keçiriləcək görüşlərin nəticələrinə əsasən qərara alınacaq”, - deyə qeyd olunub.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR