Kim Çen Inı öldürmək üçün xüsusi dəstə - Büdcədən pul da ayrıldı

07.12.2017 16:05

Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın öldürülməsi üçün xüsusi təyinatlı dəstə yaradacaq.

Bu barədə "Kommersant'" nəşri məlumat yayıb.

Cənubi Koreya hökuməti 2018-ci il üçün nəzərdə tutulan rəsmi dövlət büdcəsindən Kim Çen Inın aradan qaldırılması üçün yaradılacaq dəstənin xüsusi təchizatlarına, məşqlərinə 310 min dollar ayırıb.

Güman edilir ki, hökumət xüsusi təyinatlı dəstəyə 2011-ci ildə beynəlxalq terrorçu Üsamə Bin Ladeni qətlə yetirən amerikalı qruplaşma "SEAL Team Six"in proqramları əsasında məşq keçəcək.

Pilotsuz təyyarələr, kəşfiyyat dronları və xüsusi dəzgahlı qumbaraatanlar xüsusi təyinatlı əsgərlərin sərəncamına verilib. Bundan əlavə, Şimali Koreya sərhədlərinə daxil olacaq müasir standartlara cavab verən amerika istehsalı "Ch-47 Chinook" pilotsuz təyyarəsi də alınıb.

Cənubi Koreya məmurları il ərzində bütün bu planların gerçəkləşdirilməsi üçün ayrılan məbləği 24 milyon dollara qədər artırmağa çalışacaqlar.

Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikası daha əvvəl Koreya yarımadasında müharibənin qaçılmaz olduğunu demişdi. Rəsmi Pxenyanda onu da qeyd edib ki, müharibənin başlamasını istəməsə də, tək çıxış yolu müharibə olarsa qətiyyən bundan çəkinməyəcək./publika.az

© xezerxeber.az


85 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR